“Excelsior Hotel”in baş direktoru dəyişdi, kapitalı 2.7 dəfə artırıldı

BİZNES 23 avq 2021, 13:42
Hazırda “PMD Hospitality” MMC-nin idarəetməsində olan hotelin rəhbəri dəyişib, kapitalı 2.7 dəfə böyüdülüb.

Banker.az-a daxil olan məlumata görə, 5 ulduzlu “Excelsior”un idarə
edici şirkəti “Excelsior Hotel” MMC-nin Baş direktoru  Cəmilə Şəfiyeva İbrahim qızı vəzifəsindən azad edilib.

Onun yerinə Elvin Rəhimov Fazil oğlu təyin edilib.

E.Rəhimov buna qədər “PMD Hospitality”yə məxsus “Garabag Hotel and SPA”da rəhbər kimi fəaliyyət göstərib.

Digər önəmli məsələ isə Bakının Heydər Əliyev prospeltində yerləşən “Excelsior Hotel”in nizamnamə kapitalının 2.73 dəfə artırılmasıdır. Şirkətin avqusta qədər nizamnamə kapitalı 100 min manat olaraq rəsmləşdirildiyi halda, bu hazırda 273 min manata qaldırılıb.

“Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən “PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü “Ata Holdinq”in idarəetməsində idi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top