Əfqanıstandan qaçan qadın təyyarədə ana oldu — FOTO

MARAQLI 22 avq 2021, 23:42
Əfqanıstandan evakuasiya olunan qadın ABŞ HHQ-nin təxliyyə reysinin göyərtəsində qız övladı dünyaya gətirib.
 
Bu barədə ABŞ Hava Mobil Komandanlığı (AMC) tvitter səhifəsində bildirib.

Məlumata görə, hadisə hava gəmisinin Almaniyanın “Ramştayn” aviabazasına enişi zamanı baş verib.
 
“86-cı tibbi xidmət qrupunun yardımçı tibb heyəti Əfqanıstandan olan anaya və onun ailəsinə ABŞ HHQ-nin təyyarəsi önündə kömək edir...”, - paylaşımda yazılıb.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top