Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart”la olacaq

İNFRASTRUKTUR 17 avq 2021, 19:20
Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Demokrat.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumat verir.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, - məlumatda qeyd edilib.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

- İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

- Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

- Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

- 28 may küç. (Lökbatan qəsəbəsi)

- Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

- Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

- Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top