“Dünya əfqan xalqının xoş gələcəyini istəyirsə, “Taliban” hakimiyyətini tanımalıdır”

SOSİAL MEDİA 17 avq 2021, 14:21
“Əfqan xalqı seçimini etdi. Əgər dünya əfqan xalqının xoş gələcəyini istəyirsə, “Taliban” hakimiyyətinə zor tətbiq etmək, onu izolyasiya etmək istəyindən əl çəkib, bu hakimiyyəti tanımalı və normal münasibətlər qurmağa çalışmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, “Taliban” hakimiyyətinə istənilən zor, güc tətbiq etmək istəyi əfqan xalqına yeni faciələr gətirəcək: “Ən azından İraqda, Suriyada, Liviyada baş verən son hadisələr bunu açıq göstərdi. Demokratik quruluşu, liberal dəyərləri qəbul etməyən cəmiyyətə kənardan demokratiya ixrac etmək olmaz”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top