Ölkəyə gətirilən hibrid avtomobillərin ümumi dəyəri AÇIQLANDI

AVTO 17 avq 2021, 13:42
2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 5 879 ədəd avtomobil idxal edib.

Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 426 ədəd və ya 2,4 dəfə çoxdur.

İdxal edilən avtomobillərin ümumi dəyəri 36 389 740 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Təkcə iyul ayında 1 001 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 6 370 570 dollar olub.

Eləcə də, yanvar-iyul ayları ərzində yalnız elektrik mühərriklə hərəkətə gətirilən 44 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 1 533 010 dollar olub. Təkcə iyul ayında isə ölkəmizə səkkiz ədəd elektrik mühərrikli maşın idxal edilib.

Qeyd edək ki, yeddi ay ərzində idxal olunan daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilə bilən avtomobillər ümumi idxal edilən avtomobillərin 12,4 faizini təşkil edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top