Azərbaycan avtomobil idxalını 70 % artırıb

AVTO 16 avq 2021, 23:40
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 474,6 milyon ABŞ dolları dəyərində 47 374 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Demokrat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39,2 % və 70,5 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 36,6 % azalaraq 64 ədəd (5,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 69,4 % artaraq 44 048 ədəd (413,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 5 879-u (36 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 44-ü (1,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 2,4 dəfə azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 98 % artaraq 3 198 ədəd (47,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,9 % azalaraq 64 ədəd (7,9 milyon ABŞ dolları dəyərində) olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top