Əfqanıstanda xidmət edən 133 Azərbaycan hərbiçisinin həyatı ilə bağlı narahatlıq böyüyür...

SOSİAL MEDİA 15 avq 2021, 20:20
Əziz dostlar! Hörmətli həmkarlar!

Rusiyanın xeyir duası ilə Əfqanıstanın altını üstünə çevirən "Taliban" terorçu dəstələri artıq bu gün Kabil şəhərinə daxil olmağa başladılar. Vəziyyət axşama doğru tamam gərginləşəcək. 


Bu  qeydlərimi oxuyan bəzi dostlar deyə bilər ki, baş verənlərdən bizə nə. Xeyr, əziz dostlar. Orada 133 AZƏRBAYCAN ƏSGƏR və ZABİTLƏRİ hələ də xidmətdədirlər. Əgər Amerika, İngiltərə və digər dövlətlər öz vətəndaşlarını, səfirliklərini oradan TƏCİLİ çıxarırlarsa, bəs bizim hərbçilərimiz necə olacaq???

Mən hardasa 1 ay bundan əvvəl öz narahatçılığımı elə buradan dilə gətirmişdim. Və inanırdım ki, tez bir zamanda bizim müvafiq qurumlarımız lazım olanı edəcəklər. Bəlkə də ediblər. Amma, mən heç yerdə o məlumata rast gəlməmişəm ki, Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır və ya çıxarılacaq. Mən panika yaratmaq istəmirəm. Amma, daxilimdə ÇOX BÖYÜK narahatçılıq var.

Baş verənlərdən yeganə məmun ölkə yenə....Rusiya Federasiyasıdır. Bu həmin rəsmi Moskvadır ki, bir neçə həftə bundan əvvəl öz ərazisində qadağan etdiyi Taliban hərəkatının üzvlərini bəh-bəhlə qəbul edib, onlara lazım olan tapşırığı və təlimatları verdi. Əfqanıstanda olan yerüstü və yeraltı sərhədləri, ən əsası isə narkoticarəti öz nəzarəti altına alacaq rəsmi Moskva səbrsizliklə Taliban başıpozuqlarının Kabildə nəzarəti tam əlinə alacaqlarını gözlüyürlər. Bu həmin Rusiyadır ki, özünü SSRİ-nin varisi sayır və bu həmin sovetlər birliyidir ki, milyonlarla insanı Əfqanıstan çöllərində məhv etdi. Orada mənim də sinif yoldaşım Şirvan Nəhmətov, qohumlarım -Canəli Əzimov və tanışlarım oldu...

Bir sözlə, Əfqanıstanda baş verənlərdən ən çox qazanan yenə bizim şimal qonşumuz olacaq. İştahları heç cürə doymaq bilmir bu adamların. Ancaq geci-tezi var. Mütləq olacaq, vallah olacaq.Özü də çox ağır və sarsıdıcı fəsadlarla....

Tanrı Azərbaycan əsgərlərini həm xaricdə, həm də ölkə ərazisində qorusun, hifz eləsin!


Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top