AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıtdı

İNFRASTRUKTUR 14 avq 2021, 21:04
Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

Demokrat.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top