"Eynulla Fətullayevin saytından başqa xaricdə tanınan ikinci bir mətbu orqan yoxdur"

SOSİAL MEDİA 13 avq 2021, 22:08
Azərbaycan ətrafında baş verən çox ciddi hadisələri diqqətlə izləyirəm. Bu mübarizədə ön cəbhədə mətbuat işçiləri olmalıdır. Ancaq Eynulla Fətullayevin təsisçisi olduğu rusdilli "Haqqın.az" saytından başqa xaricdə tanınan və istinad edilən ikinci bir mətbu orqan yoxdur.

Demokrat.az bildirir ki, bu fikirləri tanınmış vəkil Aslan İsmayılov özünün "Facebook" səhifəsində yazıb. Vəkil bildirib:

"Bu gün Rusiya KİV-lərində Azərbaycana qarşı aparılan kampaniyada bizi müdafiə edən çox azsaylı rus fəalları və KİV-ləri də ancaq Haqqın.az saytına istinad edirlər.
Yüz milyonlar xərclənən, xüsusi imtiyazlarla, mənzillərlə təmin olunan jurnalistlərimiz haradadır?! Bu gün onların sırasında ən yüksək titullar daşıyan, oliqarx həyatı sürən "media bossları" öz vəzifələrini nədə görürlər və nə vaxt öz Dövlətinə qulluq edəcəklər?!"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top