"Heç bir xalqı qoyuna və ya donuza bənzətmək olmaz" — Arif Hacılı

SOSİAL MEDİA 13 avq 2021, 21:43
“Heç bir xalqı qoyuna və ya donuza bənzətmək olmaz. Ruslar haqqında ümumi fikir bildirərkən onu da nəzərə almalıyıq ki, bəzən Napaleona, bəzən Puşkinə, bəzən də Dostoyevskiyə aid edilən, Rusiyada çoxlarına məlum olan "Rusu yonsan, tatarı taparsan" (Поскреби русского, найдёшь татарина) deyimi var”.
 
Demokrat.az
-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
 
A.Hacılı bildirib ki, Rusiyanı dünyaya tanıtdıran rus zadəgan soyadlarının əksəriyyəti tatar (Türk) soyadlarıdır: “XIX əsr məşhur fransız yazıçısı və səyahətçisi Astolf de Kyustin ruslar haqqında yazırdı ki, "uzaq başı yüz il bundan əvvəl onlar (ruslar)əsil tatar idilər". Amma Jirinovskini, Putini və onun rəhbərlik etdiyi hərbi-siyasi hakimiyyəti tərəddüd etmədən xoşluqla darıdan çıxmayan donuza bənzətmək olar. Çünki məhz bu rejim SSRİ-nin dağılmasından 30 il keçməsinə baxmayaraq hələ də ərazilərimizdən çıxmaq istəmir. İmperiya xülyaları ilə yaşamaqda, bütün qonşu xalqların həyatını zəhərə döndərməkdə davam edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top