Səxavət Nurdan həmcinsi ilə evlənməsi barədə açıqlama: "Kef eləyin"

SOSİAL MEDİA 13 avq 2021, 16:14
Azərbaycanlı teleaparıcı Səxavət Nurun Amerikada həmcinsi ilə evlənməyi barədə internet resurslarında məlumat yayılmışdı. Onun bu olaya münasibəti özünü çox gözlətməyib.

Demokrat.az xəbər verir ki, teleaparıcı Facebook səhifəsində bunu yayanları biabır edib.
 
O, sözlərinə belə başlayıb:

“Heç ömrümdə bu qədər gülməmişdim. Deməli dünən məni Amerikaya gələn gündən ailə kimi, kiçik qardaş kimi, övlad kimi qəbul edən insanlardan biri ilə şəkil  paylaşmışam. Bu səhər bir xəbərlə oyanıram: Səxavət Nur həmcinsi ilə ailə qurub”.

Aparıcı yayılan məlumatlara münasibətini belə davam etdirib:

“Ay siz nə qədər rəzil, nə şərəfsiz insanlarsız? Siz özünüzdən nələr yazıb pozursuz? Allah ağıl və bir az da insaf versin sizə. Sizə jurnalist deyən də elə sizin tayınızdır. Sizin yazdıqlarınıza inanan da sizdən betər. Kef eləyin”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top