Dünyanın dəyişən siyasi şərtləri: Rusiya əvvəlki kimi təhlükəlidir?! — ŞƏRH

SİYASİ 12 avq 2021, 13:20
Rusiya əvvəlki kimi təhlükəlidirmi?!

Beynəlxalq hüquqda halların köklü dəyişməsi (clausula rebus sic stantibus) deyə bir anlayış var. 

Heç kimə sirr deyil ki, bölgəmizdə və Rusiyanın nüfuz zonasında hallar köklü dəyişib.

– Türkiyə cənubi Qafqazda təsirli siyasi aktora çevrilib.

– Dünyada kapitalın 95%-nə nəzarət edən İsrail İranı sıxmaq üçün Britaniya, Azərbaycan və Türkiyənin siyasi-hərbi gücündən istifadə edir.

– ABŞ uzun illərdir qan tökdüyü Əfqanıstandan çıxır və Talibanı Rusiyanın nüfuz zonasına daxil olan Orta Asiya ölkələrinin sərhədlərinə doğru irəliləməyə təhrik edir. Bununla həm Rusiya, həm də İran ətrafındakı tikanlı çəmbəri daraldır.

– Qərb Fransanın əli ilə Ermənistanda anti-Rusiya əhval ruhiyyəsini gücləndirməklə bu ölkəni Rusiyadan qoparmağa çalışır.

– Ukraynanın NATO-ya üzvlüyü prosesi sürətləndirilir və s…

Bütün bu hallar bundan əvvəlki dövrlərdə mövcud olmayıb, olubsa da çox ləng siyasi çalarlara sahib olub. Bizim hər dəfəsində adını qorxu ilə çəkdiyimiz Rusiya da anlayır ki, hər hansı bölgədə özü üçün yeni cəbhə açarsa, digər cəbhələrdə də savaşmalı olacaq. Buna isə Rusiyanın texnoloji və iqtisadi potensialı imkan verməyəcək. Yəni Şimal qonşumuz geosiyasi baxımdan əvvəlki qədər nüfuzlu və özünü sonunadək məsuliyyətsiz aparacaq qədər komfortlu durumda deyil.

Tarixi fürsətləri yaxalamaq, uğur qazanmaq üçün isə içindəki qorxulara qalib gələrək risk etmək lazımdır.

Əli Məhərrəmli, politoloq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top