Azərbaycanda elektrik avtomobillərin təşviqi mövzusunda görüş keçirildi

AVTO 07 avq 2021, 22:48
"Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq mümkündür?" mövzusu ətrafında mediada başlanan müzakirələr Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Demokrat.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılmasını və Azərbaycanda ekoloji cəhətdən təmiz elektrik avtomobillərin istifadəsinin təşviqini hədəfləyən görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri ölkədə elektrik avtomobillərin sayının artırılmasına yönələn fəaliyyətləri müzakirə edib.

İştirakçılara Azərbaycanda və dünyada bu sahədə mövcud olan tendensiyalar barədə müqayisəli məlumatlardan ibarət təqdimat və videoçarx nümayiş etdirilib.

Müzakirələrin yekunu olaraq səsləndirilən təkliflərin təhlil edilərək Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top