Hulusi Akar Azərbaycandan olan nümayəndənin iştirakı ilə konfrans keçirdi — FOTOLAR

DÜNYA 03 avq 2021, 13:55
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə ölkədə meşə yanğınları və onlarla mübarizə barədə video konfrans keçirilib. Tədbirə Azərbaycan İşçi Qrupunun komandanı da qatılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, iclasda Azərbaycanla yanaşı, Əfqanıstan, Liviya, Kiprdən də işçi qrup komandanlığı, həmçinin NATO Baş Qərargahında Türkiyə Hərbi Nümayəndəlik Komitəsinin rəhbəri, ordu komandirləri, Hərbi Hava Qüvvələrinin və Donanmanın komandirləri iştirak edib.

Tədbirdə çıxış edən Hulusi Akar meşə yanğınları ilə mübarizə üçün Türkiyə Silahlı Qüvvələrinin PUA-larının, helikopterlərinin, gəmilərinin, yanğınsöndürmə maşınlarının, su çənlərinin, inşaat maşınlarının, evakuatorların və s. cəlb ounduğunu bildirib.

“Ehtiyaclara müvafiq bütün imkanlarımız səfərbər edilib və hər cür dəstək təmin edilir”, - deyə o, vurğulayıb.

Konfransda həmçinin müdafiə və təhlükəsizlik mövzusunda Şərqi Aralıq dənizindəki hadisələr, terrorla mübarizə və koronavirusa qarşı görülən tədbirlər barədə danışılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top