Koronavirus xəstəsi çayxanada saxlanılıb — FOTO

HADİSƏ 03 avq 2021, 13:32
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinin yeri çayxanada müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

Müəyyən olunmuş tibbi prosedurlar gözlənilməklə F. İlyasov yaşadığı evə göndərilib. Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top