“Aİ-98” markalı benzin də bahalaşdı

SƏNAYE VƏ ENERGETİKA 03 avq 2021, 12:24
“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

Bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top