Daha bir marşrut xəttində ödənişlər “Bakıkart”la ediləcək

İNFRASTRUKTUR 03 avq 2021, 13:16
Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a inteqrasiya olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat paylaşıb.

O bildirib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i “Bakıkart”a keçib.

Qeyd edək ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsi ilə edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top