Bakı metrosunda xəttə yeni qatarlar buraxılır

İNFRASTRUKTUR 03 avq 2021, 10:53
Bu gündən “Bakı Metropoliteni” QSC xəttə 4 yeni qatar buraxır.

Bu barədə Demokrat.az-a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarlar Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edəcək.

Bakı metrosu yeni qatarları ötən ay Rusiyadan gətirib. Bununla da metronun parkında olan yeni qatarların sayı 19-a çatıb.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top