Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadıldı

SOSİAL MEDİA 03 avq 2021, 13:03
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.

Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top