Finlandiya klubu "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

İDMAN 03 avq 2021, 09:35
Finlandiyanın HİK klubu Bakıda "Neftçi"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

Demokrat.az xəbər verir ki, Helsinki təmsilçisinin heyətində müdafiəçi Markus Halsti və hücumçu Atomu Tanakanın zədə səbəbindən oynamayacağı dəqiqdir.

Digər müdafiəçi Valtteri Morenin durumu hələlik bəlli deyil. Onun da eyni səbəbdən görüşü buraxacağı gözlənilir.

"Neftçi"də isə zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq matç saat 21:00-da başlayacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top