Putin Paşinyanı təbrik etdi

REGİON 02 avq 2021, 21:35
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri təyin olunması münasibətilə Nikol Paşinyanı təbrik edib.

TASS xəbər verir ki, Putin Paşinyanın rəhbərlik etdiyi hökumətin fəaliyyətinin Rusiya-Ermənistan münasibətlərinin daha da inkişafına, həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Rusiya lideri ikitərəfli və aktual regional məsələlər üzrə konstruktiv dialoqa və birgə işi davam etdirməyə hazır olduqlarını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top