Ukrayna vətəndaşı ilə evlənib yaşama izni alan Azərbaycan vətəndaşlarının STATİSTİKASI

DİASPOR 02 avq 2021, 22:27
Son 1 il ərzində Ukraynada yerli vətəndaşlarla ailə qurub müvəqqəti yaşama izni alaraq bu ölkəyə köçən Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin avqustun 1-dən 2021-ci ilin iyulun 1-ə qədər qeyd olunan məsələ ilə bağlı 2 172 sənəd qeydə alınıb.

Beləliklə, bu ölkədə qeyd olunan sayda Azərbaycan vətəndaşı yerli vətəndaşlarla evləndiyi üçün müvəqqəti yaşama izni əldə edərək Ukraynaya köçüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top