Əfqanıstan prezidenti: "Taliban" daha da qəddarlaşıb"

DÜNYA 02 avq 2021, 16:44
“Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni parlamentin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, döyüşdə şərait dəyişməyənədək “Taliban” danışıqlar masasına qayıtmaq istəyini göstərməyəcək.

“Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid Prezident Əşrəf Qəninin çıxışına münasibət bildirərək tviter səhifəsində yazıb: “Əşrəf Qəninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qəninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top