Paşinyan Ermənistanın baş naziri təyin olundu

REGİON 02 avq 2021, 12:50
Baş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.

Qeyd edək ki, N. Paşinyanın Baş naziri vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.

Yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top