Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

SƏNAYE VƏ ENERGETİKA 31 iyl 2021, 22:48
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan təxminən 14 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə Demokrat.az Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 13,3 mln tondan çoxu konsorsiumun, 738,7 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 % azdır.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top