Türkiyədə meşə yanğınlarından ölənlərin sayı 6-ya çatdı

DÜNYA 31 iyl 2021, 23:27
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğınlarının söndürülməsi ilə məşğul olan 2 nəfərin cəsədi aşkarlanıb. Bununla da təbii fəlakətin səbəb olduğu ölüm sayı 6-ya çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Daha əvvəl 4 nəfərin öldüyü, 183 nəfərin xəsarət aldığı bildirilirdi.

Məlumata görə, yanğının söndürülməsi zamanı xəsarət almış daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top