Əri İrina Kindzerskayanın medal qazanmasından sonra ağladı — VİDEO

İDMAN 30 iyl 2021, 18:28
Məlum olduğu kimi, Azərbaycan cüdoçusu İrina Kindzerskaya Tokio Olimpiadasında bürünc medal qazanıb.

Oxu.az-ın əldə etdiyi videoda onun Azərbaycandan olan həyat yoldaşı Həmid Əliyev bürünc medal görüşünü yaşadığı Ukraynada kafelərdən birində izləyib.

O, İrinanın qələbəsindən sonra göz yaşlarını saxlaya bilməyib. Kafedə olanlar onu təbrik edib.

Qeyd edək ki, İrina Kindzerskaya Olimpiadada medal qazanan ilk Azərbaycan qadın cüdoçusu kimi tarixə düşüb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top