Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


SOSİAL 30 iyl 2021, 17:36
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87 286 vaksin vurulub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 183 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 827 855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 057 717 təşkil edir.

Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top