“Dünya təcrübəsindən baxdıqda, qeyd etmək lazımdır ki, Azad İqtisadi Zonalardan müxtəlif strateji məqsədlər üçün səmərəli istifadə edilməsi mümkündür və bu ölkəmizdə də diqqətlə öyrənilməkdədir. İqtisadi cəhətdən inkişaf etmiş və liberal iqtisadiyyata malik ölkələr hazırda da Azad İqtisadi Zonalardan imtina etmirlər. Bu onu göstərir ki, bu üsul elm və texnikanın inkişafında, yüksək texnologiyaların və innovasiyaların işlənməsində, mənimsənilməsində və tətbiqində ən əlverişli fəaliyyət məkanı kimi qiymətləndirilməkdədir. Digər tərəfdən, bu kimi zonalar müxtəlif məqsədli konsepsiyaların və strategiyaların, milli inkişaf və məqsədli dövlət proqramlarının reallaşdırılmasında daha çox tələb olunurlar”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisad elmləri doktoru Şəfa Əliyev deyib.
O, Ələt Azad İqtisadi Zonasının Azərbaycan üçün böyük strateji əhəmiyyət kəsb etdiyini bildirib:
“2021-ci il iyul ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizdə azad iqtisadi zonalar insitutunun sonrakı inkişafına güclü təkan verəcək. Bu istiqamətdə Ələt Azad İqtisadi Zonası bir pioner rolunu oynayacaq və bu zonanın dünya təcübəsi səviyyəsində səmərəli formada fəaliyyətə başlaması ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Qeyd edilən iqtisadi zonanın ümumi sahəsi 850 hektardır və hazırda iqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə işləri başa çatdırılıb, inşaat işlərinə start verilib və bu işlər intensiv faza mərhələsindədir. İqtisadi zonanın 2022-ci ilin iyulunda investorların sərəncamına verilməsi nəzərdə tutulur və dövlət başçısının xüsusi nəzarətində olan bu mühüm iqtisadi fəaliyyət məkanının göstərilən müddətdə istismara veriləcəyini tam əminliklə söyləmək olar”.

Professor qeyd edib ki, Ələt Azad İqtisadi zonasının yaradılması yerli və xarici investorlar üçün cəlbedici investisiya mühitinin formalaşmasına səbəb olacaq:
“Ələt Azad İqtisadi Zonasının strateji vəzifələrinə mütərəqqi dünya idarəetmə təcrübəsinin dərindən öyrənilməsi, ölkəmizin iqtisadi inkişaf prioritetlərinə uyğun şəkildə tətbiq olunması, yüksək texnologiyaların və innovasiyaların işlənməsi və daha fəal şəkildə reallaşdırılmasının təmin edilməsi daxildir. Bundan başqa, bu azad iqtisadi zonada yüzlərlə yeni iş yerləri yaradılacaq, məhsuldar əlavə dəyər mənbələri formalaşdırılacaq, rəqabətqabiliyyətli ixracyönümlü istehsal potensialının artırılması imkanları genişləndiriləcəkdir. Həmçinin müasir innovativ texnologiyalardan istifadənin təmin olunması, xarici investorların daha geniş cəlb edilməsi və iqtisadi artımın yeni mənbələrinin formalaşdırılması baxımından bu zonanın strateji əhəmiyyəti artacaq. Burada çoxfunksiyalı, yerli və xarici investorlar üçün maksimum cəlbedici olacaq istehsal və kommersiya, logistika infrastrukturu yaradılacaq. Bütün bunlar xarici investorların, həmçinin yerli sərmayedarların daha çox diqqətini cəlb edəcək, intensiv sürətdə investisiyalar yönəltməyə stimullaşdıracaq . Ələt Azad İqtisadi Zonasının yaradılması ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni dönəm başlayacaq və bu zonanın multiplikativ təsiri bütün istiqamətlərdə özünü müsbət mənada göstərəcək. Bu baxımdan, qeyri-neft sektorunun şaxələndirilməsi və milli iqtisadiyyatının neftdən asılılığının azaldılması yolunda güclü iqtisadi potensialın formalaşacağını proqnozlaşdırmaq olar”.
Aygül Qarayeva
Demokrat.az