“Space” radiosu yenilənir

GÜNDƏM 29 iyl 2021, 12:20
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin yeni təyin olunmuş direktoru Müşfiq Hətəmov tərəfindən “Space” radiosun yenidən qurulması və radionun iflic vəziyyyətdən çıxarılaraq dirçəldilməsi məqsədilə müəyyən addımlar atılıb.  

Demokrat.az xəbər verir ki,  sözügedən radionun maddi texniki bazasının yenidən qurulması və verilişlərinin bədii keyfiyyətinin yüksək səviyyəyə çatdırılması, əməkdaşların  aylarla gecikdirilmiş maaşlarının verilməsi, Bakı şəhəri və digər regionlarda yayımın  tam gücü və keyfiyyətilə bərpa olunması üçün “Promedia Group”la razılığa gəlinib. 

Həmçinin əldə olunmuş razılığa görə sözügedən təşkilat radionun xəbərlər siyasətinə qarışmamaq şərti ilə qalan bütün işlərin görülməsini öz öhdəsinə götürüb. 

Nəzərinizə çatdıraq ki, “Pro Media Group”un  artıq uğurlu radio təcrübəsi vardır. 

Zaur
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top