Şəhriyar Məmmədyarov növbəti dəfə Levon Aronyanla qarşılaşacaq

İDMAN 29 iyl 2021, 10:27
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.

Demokrat.az xəbər verir ki, son olaraq Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın (Hindistan) adı 16 nəfərlik siyahıya salınıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun "Chessable Masters" adlanan turnirdə mübarizə aparacağı daha əvvəl bəlli olub. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.(report.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top