Feysbukun gündəlik auditoriyası 2,9 milyard nəfəri keçdi

İKT 29 iyl 2021, 09:35
Dünyada 2,9 milyarddan çox insan hər ay azı bir dəfə feysbuk sosial şəbəkəsindən istifadə edir. Bu ötən illə müqayisədə 7 % daha çoxdur.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin ilin ikinci rübüylə bağlı hesabatında məlumat verilib.

Bundan əlavə, 2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə feysbuk sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan şirkətin mövcud olan xidmətlərindən (“Instagram”, “Messenger” və “WhatsApp” daxildır – Red) birini ən azı ayda bir dəfə istifadə edib.

“Facebook” şirkəti bu il 29,08 milyard ABŞ dolları gəlir əldə edib. Onun 10,39 milyard ABŞ dolları xalis mənfəətdir.

Qeyd edək ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında həmin vaxt 19 yaşı olan və Harvard Universitetində (Boston, ABŞ) informatika və psixologiya ixtisası üzrə təhsil alan amerikalı tələbə Mark Zukkerberq tərəfindən yaradılıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top