Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

SOSİAL 28 iyl 2021, 17:52
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 058, ötən müddət ərzində isə ümumilikdə 4 003 650 test aparılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top