Əbülfəs Qarayev Beynəlxalq Hava Limanından geri qaytarılıb? — Sabiq nazirdən AÇIQLAMA

GÜNDƏM 28 iyl 2021, 17:36
Keçmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top