Gəncədə YAP və AKP nümayəndələri konfrans keçirir — FOTOLAR

XARİCİ SİYASƏT 28 iyl 2021, 09:09
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Heydər Aliyev Mərkəzində YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq konfrans təşkil olunub.

Konfransdan öncə umummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qeyd edək ki, AKP sədrinin I müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı da olacaq.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top