Türk ordusu şəhidlərinin qisasını aldı — 15 terrorçu məhv edildi

REGİON 28 iyl 2021, 00:14
Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı zonasında PKK terror təşkilatının Suriya qanadı olan "YPG"nin daha üç üzvü məhv edilib.
 
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
 
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Suriyada hərbi avtomobilin atəşə tutulması nəticəsində iki hərbçinin ölümünə cavab olaraq həyata keçirilir.
 
Bildirilir ki, cavab tədbirləri nəticəsində məhv edilən terrorçuların sayı 15-ə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top