Almaniyada kimyəvi tullantı zavodunda güclü partlayış: Ölən, yaralanan və itkin düşənlər var — VİDEO

DÜNYA 27 iyl 2021, 23:22
Almaniyanın Leverkuzen şəhərində kimyəvi tullantıların yandırıldığı zavodda güclü partlayış olub.

Bu barədə “Bild” nəşri yazıb.
 
Hadisə şəhərin qərbindəki Byurriq rayonunda baş verib. Sosial şəbəkələrdə yayılan videoda hadisə yerindən qalın qara tüstü qatının qalxdığı görünür.

Sakinlərə qapalı yerlərdə qalmaları, qapı və pəncərələri bağlı saxlamaları barədə xəbərdarlıq edilib.

Son məlumatlara əsasən, hadisə nəticəsində iki nəfərin öldüyü, 31 nəfərin xəsarət aldığı, dörd nəfərinsə itkin düşdüyü bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top