Gürcüstanda son sutkada koronavirusdan 26 nəfər öldü

REGİON 26 iyl 2021, 19:07
Gürcüstanda son sutkada koronavirusa 1 264 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 404 023-ə, vəfat edənlərin sayı isə 5 714-ə çatıb.

Ötən 24 saat ərzində 1 665, ümumilikdə isə 374 753 nəfər sağalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top