Moskvada Fərman Salmanovun xatirəsinə həsr olunmuş sərgi açılacaq

DÜNYA 26 iyl 2021, 18:41
İyulun 28-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda neftçi-geoloq Fərman Salmanovun 90 illiyinə həsr olunmuş arxiv fotolar sərgisi açılacaq.

“Report”un Rusiya bürosunun məlumatına görə, sərginin təşkilatçıları “Azərbaycan” pavilyonunun və “Neft” adlı 25-ci pavilyonun rəhbərliyidir.

Sərginin təşkilatçıları qeyd edirlər ki, Fərman Salmanov dünya tarixinə nəhəng neft-qaz yataqlarının açılışında iştirak etmiş ən məhsuldar geoloq kimi düşüb. Surqutun Beynəlxalq Hava Limanı 2019-cu il mayın 31-dən etibarən F.K.Salmanovun adını daşıyır.

Fərman Salmanov Rusiya və Azərbaycan neft sənayesi tarixinin ayrılmaz parçasıdır. XTNS-nin “Azərbaycan” pavilyonunda Salmanova həsr olunmuş stend fəxri yer tutur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top