Erməni casuslar danışır: "Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbçilərin yaxınlığına getdik"

KRİMİNAL 26 iyl 2021, 16:02
Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda, dövlət sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən Sujyan Gevorg Rubenoviçin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. 

O istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da dedi ki, Ermənistan xeyri olan hər şeyi edəcək. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndin şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snyaper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Dabit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbiçilərin yerini dəyişərsə, dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizə Azərbaycan Silahlı Qüvvələrin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almağı istədi. Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq".

Təqsirləndirilən şəxs deyib ki, Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak edib: "Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbiçilərin yaxınlığına gedərək, çəkilişlər apardıq. Artak bizə əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbiçinini saydıq  və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs istintaq zamanı dahansonranqeyd edib ki,  İrəvana qayıdıb: "10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdik. O Şuşada Azərbaycan ordusu nə qədər hərbiçisinin olmasını, teknikaların sayını və s. öyrənməyimizi istədi. O bizə gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi. O bizə Şuşanın geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya ki, biz Xankəndində olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşa istiqamətinfə irəlilədik. Maşınə orada saxladıq, sonra piyada getdik. Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Həyacanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar bizdə şübhələndikləri üçün bizi saxladılar"

Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib

Daha sonra digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib. O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib. Onun sözlərinə görə, Gevorgla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib: "Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan ordusunun əsgərləri tərəfindən saxlanıldıq".

Daha sonra  Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib. O istintaq ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub: "2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ildə yazında Gevorg Sujyan tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edərəm dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan üçün onunla razışladım. O mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan ordusun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".

Davit Davtyan istintaqdakı ifadəsinin davamında Gevorg Sujyanla eyniməzmunlu ifadə verərək qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan ordusunun mövqelərini öyrənib, Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Davit Davtyan istintaqa verdiyi ifadəsini təsdiqləməyib.

Növbəti proses iyulun 28-də davam edəcək.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top