Azərbaycanda polis bədbəxt hadisə nəticəsində öldü

HADİSƏ 26 iyl 2021, 12:37
Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top