Azərbaycanda anası ölən gənc xəstəxananın şüşələrini sındırdı

HADİSƏ 26 iyl 2021, 10:40
Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və qadın xəstəxanada dünyasını dəyişib.

Sonra M.Zeynalov həkimlərin xəstəyə vaxtında müdaxilə etmədiyini əsas gətirərək xəstəxananın qapı və pəncərələrinin şüşəsini sındırıb.

Artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top