Bərdədə ər arvadını əlləri ilə boğub öldürdü

KRİMİNAL 26 iyl 2021, 09:09
İyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Demokrat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top