Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu — YENİLƏNİB-2

HADİSƏ 25 iyl 2021, 20:42
Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

18:00
Daşkəsən rayonunda qətlə yetirilənin şəxsiyyəti məlum oldu.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.

Faktla bağlı araşdırma aparılır.

17:41
Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top