Göyçay sakininin evində tiryəkxana aşkarlanıb

KRİMİNAL 25 iyl 2021, 18:15
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiyəkxana təşkil etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb.

Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixoprop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top