Türkiyə ordusu qisas aldı — 7 terrorçu məhv edildi

REGİON 25 iyl 2021, 15:28
Suriyanın şimalında ən azı yeddi terrorçu öldürülüb.
 
Demokrat.az xəbər verir ki, bu barədə bazar günü Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Türkiyə ordusu "Fərat Qalxanı" əməliyyatı zonasında iki əsgərinin ölümünə görə cavab tədbiri görüb.
 
“Türkiyə Silahlı Qüvvələrinin təsirli zərbələri sayəsində ilkin məlumatlara görə, yeddi terrorçu məhv edilib. Silahlılar cinayət əməllərinə görə layiqincə cəzalandırılırlar",-deyə nazirliyin məlumatında qeyd edilir.
 
Suriyadakı terror hədəflərinə qarşı əməliyyatlar və zərbələr davam edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top