ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

REGİON 25 iyl 2021, 09:50
ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır.
 
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
 
Məlumatda həmçinin, ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirdiyi vurğulanıb.
 
Qeyd edək ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top