İrandan Azərbaycan-Ermənistan sərhədindəki təxribatla bağlı AÇIQLAMA

XARİCİ SİYASƏT 24 iyl 2021, 12:20
İran Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.

Demokrat.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.

S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top