Hərbçimizin snayperlə vurulmasına RƏSMİ REAKSİYA


SİYASƏT 23 iyl 2021, 18:15
Müdafiə Nazirliyinin məlumatına əsasən, bu il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır.

Allah şəhidimizə rəhmət eləsin.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top