Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

İDMAN 23 iyl 2021, 15:47
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Demokrat.az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top